6 Mart 2020 08:33
1 541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları martın 5-də İdlibdə 2 türk əsgərinin həlak olmasına cavab olaraq Suriya ordusunun 21 əsgərini zərərsizləşdirib.

Teleqraf.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə ordusunun cavab atəşi ilə qarşı tərəfin iki artilleriya qurğusu və həmin sayda yaylım atəşi reaktiv sistemi də məhv edilib.

Əməliyyat yerli vaxtla saat 16:00-da keçirilib.

Daha əvvəl Milli Müdafiə Nazirliyi bildirib ki, Bəşşar Əsədə məxsus qüvvələrin atəşi nəticəsində İdlibdə iki türk hərbi qulluqçusu həlak olub, daha üç hərbçi yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər