6 Mart 2020 11:28
2 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Belçikaya gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni “Hraparak” nəşri məlumat yayıb.

Nəşr Sərkisyanın işgüzar səfəri çərçivəsində Avropa İttifaqı Şurasının keçmiş prezidenti Donald Tuskla görüşüb.

“Hraparak” barəsində cinayət işi açılan Sərkisyanın ölkəni hansı şərtlər daxilində tərk etməsinin suallar yaratdığını yazıb:

“Məhkəməni icra edən orqanın icazəsi olmadan ölkədən çıxmaq mümkünsüzdür. Amma sabiq prezidentin vəkili Amram Makinyan iddia edir ki, bu barədə əvvəlcədən ölkəni tərk etmək üçün hüquq mühafizə orqanlarına müraciət edilib və icazə alınıb”.

Qeyd edək ki, Serj Sərkisyan prezident olduğu dönəmdə dövlətə məxsus 1 milyon dolları mənimsəməkdə ittiham edilir. İttiham irəli sürüldükdən sonra onun ölkədən çıxmağına qadağanın qoyulduğu açıqlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər