6 Mart 2020 12:00
3 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın NATO Ballistik Raketlərə qarşı Müdafiə Sistemində Xarici Əlaqələr Bürosunun direktoru azərbaycanlı Con Nəimi Əmirəl Türkiyənin Vaşinqtondakı səfirliyində türk hərbçilərlə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrində Xarici Əlaqələr üzrə Komandiri sosial şəbəkədə paylaşım edib.

“Türkiyə Silahlı Qüvvələrinin attaşesi general Kottaş və Türkiyə Dəniz Qüvvələrinin attaşesi polkovnik-leytenant Tolqa ilə görüşməkdən çox məmnun oldum. NATO müttəfiqimizlə ikitərəfli ABŞ-Türkiyə əlaqələrini müzakirə elədik”, - deyə Con Nəimi Əmirəl bildirib.

Xatırladaq ki, Con Nəimi Əmirəl əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda xidmət edir. Pentaqonda F35 tipli Qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə işləyib. Həmçinin, NATO-nun Əfqanıstan üzrə Təlim Misssiyasında yüksək vəzifələrdə çalışıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər