“Moskvadakı görüşdə Rusiya Prezidenti Putinlə İdliblə yanaşı, Liviya məsələsini də müzakirə etdim”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Liviyada Haftarın uzlaşmağa getməyən mövqeyi ortadadır. Anlaşmanı yerinə yetirmədiyi kimi, müharibəni da körükləyir. Artıq bunu ABŞ, Almaniya və İtaliya kimi dövlətlər də görür. Cənab Putinlə bu məsələni müzakirə etdik.
Xüsusən cənab Putinin “Vaqner” məsələsində müsbət addım atacağını düşünürəm. Liviya məsələsinin müsbət həlli hər iki tərəfin gözləntisidir”.