7 Mart 2020 12:32
2 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan metro qatarlarında konstitusiya referendumu çərçivəsində vətəndaşlara kampaniya vərəqələri paylayıb.

Teleqraf.com xəbər verir ki, bir gənc qız kitabçanı cıraraq, baş nazir Nikola Paşinyanın üstünə atıb.

Onlarla insan qarşısında pərt olan Paşinyan qıza cavab verə bilməyib, daha sonra kampaniyanı davam etdirib.

Olaydan sonra açıqlama verən Paşinyan gənc qızın cəzalandırılmayacağını bildiriib.

Ermənistanda konstitusiya referendumu aprelin 5-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər