7 Mart 2020 18:36
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd bin Əbdüləziz və ev həbsində olan keçmiş vəliəhd Məhəmməd bin Nayəfin Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə həbs olunduğu açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Əhməd bin Əbdüləziz şahzadə Salmanın əmisidir.

“Wall Street” qəzeti Səud ailəsinin önəmli fiqurlarından olan şahzadə Əhmədin keçmiş vəliəhdin evlərinə edilən basqınla həbs olunduğunu yazıb.

Hər iki şəxsin vətənə xəyanətdə ittiham edildiyi bildirilib. Kral Salmanın oğlu vəliəhd Salmanın bununla öz iqtidarının daha da gücləndirdiyi vurğulanıb.

Məlumatda həbs qərarında 84 yaşlı Kral Salmanın yaşlanmasının önəmli rol oynadığı ifadə edilib Məhəmməd bin Nayəfin 2017-ci ilədək saxta iddialılar arasında birincə yerdə durduğuna işarə edilib.

Şahzadə Əhməd isə Məhəmməd bin Salmanın iqtidarda əhəmiyyətli postlar tutduqdan sonra siyasətdən qaçmağa çalışsa da, 2018-ci ildə Londonda krallığa qarşı açıqlamalar verməsi səbəbindən ölkəsinə çağırılmış, bundan sonra səssizliyini qorumuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər