Yaxın vaxtlarda Ermənistanda genişmiqyaslı hərbi təlimlərə start veriləcək, bu çərçivədə Rusiyadan alınan çoxfunksiyalı “Su-30SM” qırıcıları ilk dəfə sınaqdan keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri David Tonoyan yaxın vaxtlarda Rusiyadan alınan qırıcıların ikinci partiyasının Ermənistana veriləcəyini açıqlayıb.
Əlavə edək ki, Rusiya tərəfi sözügedən qırıcıları Ermənistandan əvvəl Azərbaycana təklif etmişdi. Lakin Azərbaycan bir sıra parametrlərin uyğun gəlmədiyini bildirərək, qırıcılardan imtina etmişdi.
Mütəxəssislər Ermənistanın Rusiyadan əldə etdiyi “Su-30” nəslindən olan qırıcı təyyarələrin qəzaya meylli olduğunu bildirirlər. Bununla bağlı saysız faktlar mövcuddur. Sözügedən qırıcılar arasında qəza hallarının artması ilə yanaşı, mütəxəssislər onların döyüş taktikasının köhnəliyinə və müasir standartlara cavab verməməsinə də diqqət çəkirlər.
Bu səbəbdən də “Su-30”-ların nadir alıcılarından biri Ermənistandır.