Martın 8-də yerli vaxtla saat 12:30-a olan son məlumatlara görə, Yaponiyada koronavirusa yoluxanların sayı 1159 nəfərə çatıb.
Bu barədə Teleqraf.com-un Yaponiyadakı bürosuna həmin ölkənin Səhiyyə, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyindən verilən məlumatda bildirilir. Qeyd edilir ki, onların əksəriyyəti – 669 nəfər Tokio yaxınlığındakı Yokohama limanında saxlanılan “Diamond Prinsess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir.
Bu günədək Yaponiyada koronavirusa yoluxan 14 nəfər ölüb ki, onların da yarısı kruiz laynerində olanlardır.
Martın 8-dək Yaponiyada həmin virusa yoluxmuş 311 nəfərin sağaldığı və evlərinə buraxıldığı da qeyd edilir.