8 Mart 2020 20:16
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə Brüsseldə bir araya gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Aİ Şurasının prezidentinin mətbuat xidməti özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, görüş bazar ertəsi baş tutacaq. Tərəflər Avropa Birliyi və Türkiyə arasında mövcud əlaqələr, o cümlədən miqrasiya, təhlükəsizlik, bölgədəki vəziyyət və Suriyadakı böhranı müzakirə edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər