Xartumda naməlum şəxslər Sudanın Baş naziri Abdullah Hamdukun karvanından bir avtomobili partladıblar, siyasətçi sağdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Sudanın dövlət televiziyasına və hökumətdəki mənbəyə istinadən “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, hadisə Sudan paytaxtının mərkəzində baş verib.
A.Hamdukun təhlükəsiz bir yerə çatdırıldığı qeyd olunur.