Səudiyyə Ərəbistanı koronavirusdan qorunma tədbirləri çərçivəsində ölkədəki bütün məscidlərdə din və Quran kurslarını dayandırmaq qərarını verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət televiziyası məlumat yayıb.
Məlumatda məscidlərdə dini kursların və Quran dərslərinin ikinci əmrə qədər dayandırıldığı bildirilib. Habelə müqəddəs yerlərə ziyarətlərin də dayandırılması barədə xəbərdarlıq edilib.
Ziyarəti qadağan edilən məkanlar arasında Kəbə örtüyünün emal edildiyi Kral Əbdüləziz Kompleksi, Hərəmeyn İmarəti yarmarkası və Hərəmi Şərif kitabxanası da var.
Səudiyyə Ərəbistanında indiyədək 11 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.