Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikaya səfər edib.
Axar.az xəbər verir ki, Prezidentlə birgə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Daxili İşlər naziri Süleyman Soylu, Milli Müdafiə naziri Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun, Prezidenti Administrasiyasının sözçüsü İbrahim Qalın və hakim Ədalət və İnkişaf partiyasının sözçüsü Ömər Çelik Brüsselə yollanıb.
Məlumata görə, Ərdoğan səfər çərçivəsində Türkiyənin AB-dəki daimi nümayəndəliyində NATO-nun Baş katibi Yens Stoltenberqi qəbul edəcək.
Daha sonra Türkiyə lideri Avropa Birliyi Şurasının (AB) prezidenti Çarles Mişel və AB Komisiyasının rəhbəri Ursula fon der Leyenlə üçtərəfli görüş keçirəcək.