Serbiya höküməti 2010-cu ildən bəri ilk dəfə olaraq "gey parad" keçirilməsinə icazə verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Serbiyanın daxili işlər naziri Nebojsa Stefanoviç açıqlama verib.
Onun sözlərinə görə, hakimiyyət sentyabrın 28-də "gey parad" keçirilməsinə icazə verib. Ancaq nazirin sözlərinə görə, təhlükəsizlik pozulsa, tədbirin ləğv ediləcək.
2010-cu ildə "Gey parad" vaxtı futbol xuliqanları və millətçilər parad iştirakçılarına hücum çəkmişdi. Ondan sonra bu paradlara icazə verilmirdi.
Qeyd edək ki, Serbiyada hər il "gey parad" keçirilirdi.
Rəsmi Moskvanın Kiyev qarşısında şərt qoyduğu bildirilir"Gey parad"a icazə verildi
Hökumət sentyabrın 28-də "Gey parad" keçirilməsinə icazə verib