“Ərdoğanın Putini qapıda gözləməsi ilə bağlı video montaj olunub. Bu videonu yayımlayan kanal (“Rossiya 1”) Putindən icazəsiz cizgi film belə yayımlaya bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Taha Dağlı deyib.
Ekspert görüşdən dörd gün keçəndən sonra Rusiyanın yenidən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf almağa başladığını bildirib:
“Xüsusən “Ərdoğan Putini iki dəqiqə qapıda gözlədi” demək, etibar sui-qəsdi idi. Bəs ruslar bu videonu montaj edib niyə yayımladılar? Çünki ruslar Moskvadakı görüşdə istədiklərini ala bilmədilər, buna görə də “qara kampaniya”ya başladılar. Əks halda, istədiyini almış bir adam belə bir videonu yayımlamağa niyə ehtiyac hiss etsin?”.
Taha Dağlı hesab edir ki, videonun müddəti montaj hiyləsi ilə iki dəfə artırılıb:
“Yəni bir dəqiqəlik gözləmə müddəti varsa, bunu iki dəqiqə kimi göstərirlər. Mümkündür ki, başqa dövlət başçıları da qonaq getdikləri ölkələrdə gözləmək məcburiyyətində qalırlar. Məsələn, İsrailin Baş naziri Binyamin Netanyahu 2017-ci ildə Londonda ingilis həmkarı Tereza Meyi qapıda dəqiqələrlə gözləmişdi. Putinin da görüşlərdə sədaqətli bir olmadığını deyə bilərik. Merkel də daxil olmaqla, onlarla siyasi lideri üç dəqiqədən artıq gözlədib”.