“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə İdlibdə barışığa razılaşmaq məcburiyyətində qaldı, ancaq bu, müvəqqətidir”.
Teleqraf.com xəbər verir ki, bunu misirli politoloq, şərqşünas Əmr Eldib deyib.
Ekspertin fikrincə, Türkiyə dövlətinin başçısı Avropa Birliyinin Rusiyaya qarşı köməyinə inanırdı, lakin Almaniya bunu təmin etməkdən imtina etdi.
Şərqşünas qeyd edib ki, Ərdoğan Moskvadakı danışıqlarda özünü itirmiş kimi davrandı, lakin onun başqa yolu yox idi. Əlavə edib ki, bu vəziyyət müvəqqətidir:
“Ərdoğan da bunu başa düşür”.
Qeyd edək ki, martın 5-də Rusiya və Türkiyə Prezidentləri Moskvada Suriyanın İdlib vilayətində atəşkəs barədə razılığa gəlib. Atəşkəs martın 6-dan qüvvəyə minib.