İtaliyada yoluxma hallarının ümumi sayı 2 min nəfər artaraq 12 min nəfəri ötüb, ölənlərin sayı isə 196 nəfər artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə xidmətinin rəhbəri Anjelo Borelli bildirib. Onun sözlərinə görə, ölkədə sağalmış insanların sayı daha 41 nəfər çoxalaraq 1045-ə çatıb.
"Biz 196 ölümcül nəticə qeydə aldıq", - Borelli bildirib. Beləliklə, qurbanların sayı 827-ə çatıb.
Borelli bildirib ki, ölənlər və sağalanlar da daxil olmaqla, yoluxma hallarının ümumi sayı 12 462-ə çatıb.