Prezident Donald Tramp martın 13-dən etibarən 30 gün müddətinə ABŞ-a Avropadan gələnlər üçün girişi qadağan edəcəyini elan edib.
Teleqraf.com xəbər verir ki, istisnalar yalnız Britaniyaya və "lazımi yoxlamaları" keçən amerikalılara aiddir.
"Ölkəmizə yoluxmuş yeni şəxslərin daxil olmasının qarşısını almaq üçün Avropadan ABŞ-a 30 gün müddətinə bütün səfərləri dayandırırıq. Yeni qaydalar cümə gününün (13 mart) gecə yarısı qüvvəyə minəcək", - deyə D.Tramp bildirib.
Bildirilir ki, qadağa tədbirləri miqyaslı mal və yük daşımalarına (ABŞ-a daxil olan) şamil edilməyəcək.
ABŞ Prezidenti Avropa İttifaqını yayılan virusa kifayət qədər önəm verməməkdə ittiham edib: "Avropa İttifaqı oxşar (ABŞ) ehtiyat tədbirləri görməyə, Çindən və digər qaynar nöqtələrdən səfərlərin məhdudlaşdırılmasına nail ola bilməyib", - deyə o bildirib.
"Əminəm ki, belə sərt tədbirlərlə vətəndaşlarımıza qarşı təhlükə əhəmiyyətli dərəcədə azalacaq və nəticədə bu virusu məğlub edəcəyik", - deyə D.Tramp əlavə edib.