Ermənistanda daha üç nəfərdə koronavirus təsbit edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Virusa yoluxanlardan biri Eçmiədzin şəhər sakinidir. Ermənistan Səhiyyə Nazirliyi məlumatı təkzib etsə də, şəhər meri Diana Qasparyan bir nəfərdə koronavirusun aşkar olunduğunu təsdiq edib.
O, xəstənin karantinə alındığını bildirib.
Koronavirusun aşkar olunduğu digər iki şəxs isə İrəvan şəhər sakinləridir. Yeni təsbitlər ölkədə şok effekti yaradıb, hökumət epidemiyaya qarşı önələyici tədbirlər görməməkdə ittiham olunub.
Ermənistanda indiyədək 10-dan çox adamda yeni tip virusun aşkar olunduğu bildirilib.