27 Sentyabr 2014 10:04
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasına qarşı vuruşan qadın hərbçi son günlərdə olduqca məşhurlaşıb.

ANS PRESS-in məlumatına görə, İŞİD-ə qarşı həyata keçirilən hava hücumlarında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin (B.Ə.Ə.) ilk qadın hərbçi pilotu mayor Məryəm əl-Mənsurinin ailəsi ondan imtina etdiyi barədə açıqlama yayıb.

Qərarın bütün ailə tərəfindən ortaq şəkildə verildiyi bildirilir. Səbəb kimi isə onun hərəkətlərinə görə ailəsi məsuliyyəti öz üzərindən atmaq istəyir.

Başqa bir maraqlı məqam isə sosial şəbəkədə müzakirə mövzusuna çevrilən və “Lady Liberty” (Xanım azadlıq) ləqəbi verilən 35 yaşlı pilota çox sayda evlilik təklifi gəlməyə başlayıb.

Qeyd edək ki, 35 yaşlı “F-16” pilotu Mənsuri 2007-ci ildə BƏƏ Hava Qüvvələri sıralarına daxil olub. Uçuş komandiri olaraq, vəzifəyə başlayan bu cəsarətli qadın, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin Raqqa, Hələb və İdlib yaxınlığındakı İŞİD mövqelərinə təşkil edilən hücumların koordinasiyasında iştirak edir.


Müəllif:

Oxşar xəbərlər