Suriyadakı Hmeymim aviabazasında olan 5 rus döyüş təyyarəsi İran üzərindən Rusiyaya geri qayıdıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-154 və Su-24 tipli 4 hərbi təyyarə İran hava yolundan istifadə edərək Suriyadan Həştərxan şəhərindəki hərbi hava limanına geri dönüb.
Qeyd edək ki, Rusiya təyyarələrin geri qaytarılması ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.