27 Sentyabr 2014 10:30
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və Suriyada “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün yerüstü əməliyyatı lazımdır.

Teleqraf.com lenta.ru-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş qərargahında komitə sədri Martin Dempsi Pentaqonda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Suriyada döyüşən müxalif qüvvələrin sayı 15 minə yaxındır və ABŞ da 5 min əsgər ilə müxaliflərə yardım edə bilər. Amma bu İŞİD döyüşçülərinin sayından xeyli azdır.

Xatırladaq ki, ABŞ İŞİD-ə qarşı İraqda 2014-cu ilin avqustun ortalarından hava zərbələri endirir. Amerikalılar 5 ərəb dövlətinin dəstəyi ilə bu həftə Suriyada da eyni əməliyyatlara başlayıblar. Sentyabrın 26-da Belçika və Danimarka, sentyabrın 27-də isə Böyük Britaniya bu koalisiyaya dəstək verəcəklərini açıqlayıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər