Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rus həmkarı Sergey Lavrovla bir araya gəlib.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin direktor müavini Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Nyu-Yorkda baş tutan görüşdə ikitərəfli münasibətlər müzakirə olunub. O həmçinin Çavuşoğlu və Lavrovun beynəlxalq və regional məsələləri müzakirə etdiyini qeyd edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.