Avstraliya Qran-prisində yeni “Formula-1” mövsümünün ilk mərhələsi koronavirusun yayılması səbəbindən ləğv ediləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “McLaren” komandasının əməkdaşlarından birində koronavirus aşkarlandığı üçün bu komanda yarışda iştirakdan imtina edib. Bundan sonra isə “Formula-1” ilk mərhələnin ləğv edilməsinə dair qərar qəbul etməli olub.
Son məlumatlara görə, Avstraliyada koronavirus infeksiyasına yoluxmuş 128 nəfər qeydə alınıb.