13 Mart 2020 15:31
3 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri, general Artur Vanetsyan yeni qurduğu siyasi partiyanı aprel ayında elan edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, generalın aprel ayında qurultay keçirməyi planlaşdırdığı qurultayın “tarixi hadisə” olacağını bildirib. Lakin “Jamanak” yeni partiyada kimlərin iştirak edəcəyinin qaranlıq qaldığını bildirib:

“Vanetsyanın öz partiyası ilə birdən-birə meydana çıxması suallar yaradır. Hazırkı hökumətə etiraz edərək, belə bir işə əl atması hər halda qarşı tərəfdən birmənalı qarşılanmır. Partiyanın harada qurulduğu, kimlərin dəstək verdiyi yönündə ortaya çıxan suallar da hələlik cavabsız qalır. Gözlənilən qurultayda kimlərin iştirak edəcəyini təsəvvür etmək çox çətindir”.

Nikol Paşinyan hökumətinə yaxın media qurumları və ekspertlər isə Vanetsyanın xarici dövlətin sifarişi ilə belə bir işə girişdiyini istisna etmir. Söhbət Rusiyadan gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər