13 Mart 2020 21:45
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada koronavirusa yoluxanların sayı 34-dən 45 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə operativ qərargahdan məlumat veriblər. Xəstələrin 42-si Rusiya vətəndaşı, iki nəfər Çin, bir nəfər İtaliya vətəndaşıdır.

Yeni aşkar olunan xəstələr son 2 həftə ərzində İtaliya, Fransa və Avstriyada olublar. Onlardan biri xəstə adamla ünsiyyət nəticəsində yoluxub.

Virusa yeni yoluxanlardan beşi Moskvada, biri Moskva vilayətində, üç nəfər Sankt-Peterburqda, bir nəfər Leninqrad vilayətində, bir nəfər Permdə qeydə alınıb.

Moskvada virusa yoluxanlardan biri yeniyetmə qızdır. Hazırda xəstəxanaya yerləşdirilən qızın martın əvvəllərində məktəbdə olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər