14 Mart 2020 10:23
7 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada Gent Univesitetinin Flemiş Biotexnologiya İnstitutu koronavirusa qarşı dərmanın hzırlanması məqsədilə əhəmiyyətli irəliləyiş əldə etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, institutun mütəxəssisi, professor Xavier Saelens laboratoriya şəraitində kovid-19 virusunu təsirsiz hala gətirdiklərini bilirib.

Belçika baş nazirin köməkçisi elm və iqtisadiyyat naziri Hild Krevits isə bildirib ki, bu, ağıllı və cığır açan addımdır. Bununla belə, nazir əlavə edib ki, bu istiqamətdə uzun bir yol qət etmək lazımdır.

Qeyd edək ki, Xavier Saelens və qrupu ötən ay SARS Kov-2 və kovid-19 virusu ilə mübarizədə unikal antikor tapdıqlarını elan etmişdi.

Belçikalı professor laboratoriya testi nəticəsində kəşf olunan antikorun koronavirusa qarşı ciddi addım olduğunu qeyd edib: “Bu, fantastik bir qrupun fəaliyyətinin nəticəsidir. Bu kəşf sayəsində virusun insan hüceyrələrini əhatə etməsinin qarşısı alına bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər