Türkiyə ordusu Şimali İraqda 11 terrorçunu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, terrorçular Şimali İraqın Metina bölgəsində təsbit edilib. Bundan sonra hava hücumu əməliyyatı təşkil edilib. Hücum zamanı 11 terrorçu zərərləşdirilib.
Müdafiə Nazirliyi bu istiqamətdə fəaliyyətin davam edəcəyini bəyan edib.