Fransada bir neçə futbolçu koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, “Oser” klubunun rəsmi saytı gənc oyunçuda virus aşkarlandığını bildirib. Klub futbolçunun adını açıqlamayıb və onun vəziyyətinin normal olduğunu vurğulayıb.
“Trua”da isə cənubi koreyalı futbolçu Sok Hyon Cunda koronavirusa yoluxub.
Qeyd edək ki, Fransada koronavirus pandemiyası səbəbindən bütün futbol matçları təxirə salınıb.