Böyük Britaniya kraliçası II Yelizaveta Bukingem Sarayını tərk edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İngiltərədə koronavirusdan ölənlərin sayının 21-ə çatması 93 yaşlı kraliçanı təşvişə salıb. Saraydakı mənbənin verdiyi məlumata görə, baş verən son hadisələrdən sonra böyük narahatlıq keçirən kral ailəsi Bukingem Sarayını tərk etməyi ən doğru variant hesab edib.
Hazırda karantində olan II Yelizavetanın səhhətində problem olmadığı deyilir.