15 Mart 2020 17:46
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada sürətlə yayılan koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə bu gündən etibarən Azərbaycan və Gürcüstan da daxil olmaqla Türkiyə ilə 17 ölkə arasında giriş-çıxış dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu ölkələrdən qayıdan Türkiyə vətəndaşlarının 14 günlük karantinə alınması barədə qərar qəbul olunub.

Qabaqlayıcı tədbirlər çərçivəsində ölkənin dəniz sərhədlərində də nəzarət gücləndirilib. Türkiyə limanlarına gələn gəmilər üçün 24 saat əvvəl edilməsi lazım olan bildirişin müddəti 48 saata qaldırılıb. Bundan əlavə, həmin gəmilər yan aldıqları son 10 liman və o limanlardan sərnişin götürüb-götürməməsi barədə məlumat verməlidir.

Ölkədə dövlət, sosial, idman tədbirləri də daxil olmaqla bütün mərasimlər təxirə salınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər