15 Mart 2020 18:15
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Fövqəladə rejimin tətbiq olunması məqsədilə Prezident yanında dövlət komitəsi də yaradılıb.

Teleqraf.com xəbər verir ki, fövqəladə vəziyyət 2020-ci il martın 16-da saat 08:00-dan aprelin 16-sı saat 07:00-dək qüvvədə olacaq.

Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur.

Qeyd edək ki, Qazaxıstanda koronavirusa 8 yoluxma halı təsdiqlənib. Bundan əlavə, 1425 nəfər stasionar karantinə, 496 nəfər ev karantininə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər