15 Mart 2020 19:16
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan etibarən Gürcüstan və Rusiya arasında vətəndaşların gediş-gəlişi müvəqqəti məhdudlaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə razılıq Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasında aparılan telefon danışığı zamanı əldə olunub.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq. Tərəflər vətənə qayıtmaq istəyən vətəndaşlara şərait yaradacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər