Ermənistanın İstintaq Komitəsi başçısının keçmiş müavini, 1 mart 2008-ci il qətlləri ilə bağlı cinayət işi üzrə axtarışa verilmiş Vaaqn Arutunyan Moskvada saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Ermənistanın sorğusu üzrə bu ölkənin vətəndaşı Vaaqn Arutunyan Moskvanın mərkəzində saxlanılıb.
Onun vətənə ekstradisiyası haqqında məsələ həll ediləcək.
Qeyd edək ki, Yerevan şəhərinin ümumi məhkəməsi 2018-ci ilin 30 dekabrında Vaaqn Arutunyanın ikinci dəfə həbsi haqqında qərar çıxarıb. Fevralın 6-da Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib.