16 Mart 2020 10:37
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Əfqanıstan və İranla sərhədini 2 həftəlik bağlayıb.

Teleqraf.com Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin müşavirəsində qərar verilib.

Qeyd edək ki, ötən gün Pakistanda 17 nəfərdə koronavirus aşkarlanıb. Bununla virus daşıyıcılarının sayı 51-ə çatıb. Bildirilir ki, yoluxmaların əksəriyyəti İran, Səudiyyə Ərəbistanı və Suriyaya səfərlə əlaqədardır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 148 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 169 400-ə çatıb. Bunların 77 260 nəfəri sağalıb, 6 515 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər