17 Mart 2020 08:43
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada yeni növ koronavirusa yoluxma hallarının sayı 6,6 mini ötüb, 148 nəfər dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın səhiyyə agentliyi məlumat verib.

Məlumata görə, son sutka ərzində xəstələnənlərin sayı 1210, ölüm hallarının sayı isə 21 olub.

Fransa prezidenti Emanuel Makron televiziya müraciətində bildirib ki, martın 17-dən etibarən respublika ərazisində sakinlərin hərəkətinə məhdudiyyətlər qoyulur. Bu tədbir ən az 15 gün ərzində qüvvədə olacaq.

Ölkə Prezidenti bu qaydanın tətbiq edilməsinin zəruriliyini onunla izah edib ki, fransızların əksəriyyəti hələ də Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar normalarına riayət etmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər