17 Mart 2020 14:07
9 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Birlik Partiyası (PYD) terror təşkilatının liderlərindən biri Bəkir Həcc İsa PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın qardaşı Məhəmməd Öclanla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə İmralı həbsxanasında olan PKK liderinin PYD və bölgədəki digər silahlı kürd qruplaşmalarına verdiyi tapşırıqlar ətrafında müzakirə aparılıb.

Məlumatda Məhəmməd Öcalanın terrorçu qardaşının kürd terror qruplaşmalarına verdiyi mesajları çatdırdığı bildirilib.

Görüşdə son zamanlarda Abdullah Öcalanın səhhətində yaranan problemlərə də toxunulub.

Görüşdən sonra açıqlama verən Bəkir Həcc İsa bildirib: “Liderimiz Abdullah Öcalanın mesajı çətin bir vaxtda gəldi və hədəfləri çoxdur”.

O, Abdullah Öcalanın Suriya kürdlərinə Türkiyənin də daxil olduğu son proseslərə münasibətdə neytral mövqedə dayanmasını tövsiyyə etdiyini deyib.

PKK lideri Suriya Demokratik Qüvvələrini dəstəklədiyi üçün ABŞ və bir sıra ərəb ölkələrinə öz təşəkkürünü də çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər