17 Mart 2020 17:39
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Kristian Lindmayer Suriyada COVID-19 koronavirus infeksiyası halının qeydə alınmadığını deyib.

Teleqraf.com xəbər verir ki, o bildirib:

“Suriyada yeni növ koronavirusa yoluxma hadisəsi yoxdur. İndi həm hökumətin nəzarəti altında olan ərazidə, həm də şimal-qərbdə test sınaqları keçirmək mümkündür”.

O, Dəməşqdə 34 testin xəstələrdə yeni növ koronavirusun olduğunu göstərmədiyini qeyd edib.

Qeyd olunur ki, ÜST, xüsusən də ölkənin şimal-qərbindəki bölgələrdə vəziyyəti izləyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər