18 Mart 2020 11:41
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya sakini 57 milyon funt-sterlinq (69,1 milyon dollar) məbləğində cek-potun sahibi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Lotereya təşkilatının nümayəndəsi məlumat verib.

“Oyunçular biletlərini yoxlamaq üçün çox həvəsləndirilir və birdən ən böyük xəyal gerçəkləşir... Son 25 il ərzində Milli Lotereya oyunçuları xeyirxah işlərə çox böyük töhfə verdilər”, – deyə “The Sun” qəzeti təşkilatın nümayəndəsi Endi Karterin sözlərindən sitat gətirir.

Qeyd edilir ki, qalib biletdəki bütün yeddi rəqəm lotereyanın “uğurlu nömrələri” ilə üst-üstə düşüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər