2 May 2014 10:03
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov ölkənin şərqindəki böhranla mübarizə aparmaq üçün hərbi qulluğu bərpa edib.

Sərəncam Donetsk prokurorluğunun ofisinin rusiyapərəst fəallar tərəfindən zəbt edilməsinə təsadüf edir.

Ukrayna ölkənin şərqində bir sıra dövlət binasının işğal olunmasında Rusiyanı ittiham edir. Rəsmi Mosvka ittihamları rədd edir.

Ukrayna ilə sərhədin yaxınlığında 40 000 Rusiya əsgəri yerləşdirilib.

Çərşənbə günü cənab Turçinov qəbul edib ki, ölkənin hərbi qüvvələri şərqdəki iğtişaşı sakitləşdirməkdə "gücsüzdür". Onun sözlərinə görə, hazırda məqsəd iğtişaşların yayılmasının qarşısını almaqdır.

O həmçinin bildirmişdi ki, Ukrayna ordusu "tam hazırlıq vəziyyətinə gətirilib".

Ukraynada məcburi hərbi qulluq 2013-cü ilin sonunda, sabiq Prezident Viktor Yanukoviçin təqdim etdiyi qanuna görə ləğv olunub.


Müəllif: