Səudiyyə Ərəbistanı kralı Abdullah Bin Əbdüləzizin təlimatı ilə Kəbənin ətrafı genişləndiriləcək.
Axar.az xəbər verir ki, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən Əl-Baid qüllələri də söküləcək.
Məkkə bələdiyyəsinin sədr müavini Dr. Semir Təvəkkülün verdiyi məlumata görə, 20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan Zəmzəm Qüllələri adı da verilən Al-Baid qüllələri tamamilə aradan qaldırılacaq. Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək.