ABŞ-ın Liviyadakı səfirliyi fərqli ölkələrdə koronavirus pandemiyası səbəbindən Liviyada müharibə aparan tərəflərə atəşkəs çağırışı edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı səfirlik xüsusi açıqlama ilə çıxış edib.
Əlcəzair, Fransa, Almaniya, İtaliya, Hollandiya, İngiltərə və ABŞ-ın səfirləri, habelə Avropa Birliyinin diplomatik korpusu və Tunis hökuməti kovid-19 epidemiyasının bənzəri görünməyən sağlıq problemləri ilə mübarizə aparılmasına imkan vermək məqsədilə Liviyada dərhal atəşkəs elan olunmasına, silah və təchizatın dərhal dayandırılmasına çağırış ediblər.
Qeyd edək ki, indiyə qədər Liviyada kovid-19 virusuna rast gəlinməyib.