18 Mart 2020 20:43
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zambiyada koronavirus infeksiyasına ilk yoluxma halları qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Çitalu Çilufya nazirliyin “Facebook” hesabında yayımlanan mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, koronavirus infeksiyası iki nəfərdə – Fransadan gələn kişidə və qadında tapılıb. Onların uşaqları təcrid olunub, vəziyyətləri yaxşıdır.

“Biz, bu ailənin dörd üzvü ilə ünsiyyətdə olanların hamısını izləyirik”, – deyə nazir bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər