18 Mart 2020 18:41
3 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranın nüvə proqramında iştirak edən 5 mütəxəssisə qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib.

Pompeo 5 iranlı alimin adının ABŞ Ticarət Nazirliyinin sanksiya siyahısına salındığını bildirib.

O, həmin şəxslərin İranın nüvə silahı əldə etmək üçün 2004-cü ildən “Amad” layihəsi adı altında həyata keçirilən məxfi nüvə proqramında iştirak etdiyini söyləyib.

Dövlət Departamentinin rəhbəri onu da qeyd edib ki, İranın nüvə fəaliyyətləri ilə bağlı qaranlıq məqamlar çoxdur və hazırkı sanksiyalar rəsmi Tehrana həmin fəaliyyətlərə görə məsuliyyət daşdığı üçün tətbiq olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər