18 Mart 2020 19:26
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Ali Radasının “Etimad” qrupundan olan deputatı Sergey Şaxov həkimlərin onda koronavirus aşkarladıqlarını, evdə karantində olduğunu açıqlayıb.

Teleqarf.com-un məlumatına görə, deputat deyib:

“Bu gün məni laboratoriyadan çağırdılar və dedilər ki, koronavirus təsdiqlənib. Dərhal hamıya demək istəyirəm ki, təsvir edildiyi qədər qorxunc deyil... Bugünkü təşviş heç kimə yaramaz. Mən karantindəyəm, evdə oluram və heç kimi yaxına buraxmıram”.

Ukrayna Səhiyyə Nazirliyi Ali Rada deputatının koronavirusa yoluxduğunu təsdiqləyib.

“Səhiyyə Nazirliyi bildirir ki, COVID-19 infeksiyasına rəsmi qeydə alınmış 14 hal arasında Ukraynanın xalq deputatı var. Bütün zəruri tədqiqatlar və epidemioloji araşdırma aparılır. O, təcrid şəraitində ambulator müalicə ilə təmin olunur”, – deyə Səhiyyə Nazirliyinin “Telegram”dakı rəsmi “Koronavirus-info” kanalında bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər