18 Mart 2020 20:26
3 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Ankara dəfələrlə bəyan edib ki, uzun mənzilli zenit-raket kompleksi almaq niyyətindədir. Siyasi fikir ayrılıqlarına görə bu istiqamətdə ABŞ-la anlaşmağa müvəffəq olmadı. Buna görə Türkiyə partnyorları qarşısında siyasi şərt qoymayan Rusiyaya müraciət etdi. Yaxın zamanda iki ölkə arasında yeni anlaşma nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bu sözləri istefada olan polkovnik Andrey Koşkin deyib.

Onun sözlərinə görə, yeni müqavilədə Türkiyənin ərazisində S-400-lərin bəzi komponentlərinin istehsalı öz əksini tapacaq.

Ekspert qeyd edib ki, gələcək saziş S-400 kompleklərinin ayrı komponentlərinin istehsalında türk şirkətlərinin iştirakını özündə ehtiva edir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər