19 Mart 2020 10:42
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın Səhiyyə naziri Bruno Bruinsun Nümayəndələr Palatasının koronavirus əleyhinə mübarizə tədbirlərinin müzakirə etdiyi iclasda ürəyi gedib.

Teleqraf.com xəbər verir ki, kürsüdə çıxış edən nazir qəfil yıxılıb.

Hadisədən sonra dinləmələrə ara verilib.

Ətrafdakıların köməyi ilə ayağa qalxan Bruins Tvitter hesabında məsələ ilə əlaqədar paylaşım edib:

"Gərgin çalışdığım üçün yorğunluqdan müvazinətimi itirdim, indi özümü yaxşı hiss edirəm".

Nazir istirahət edib, sabah yenidən iclaslara qatılacağını bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər