Ermənistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 115-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.
Bundan əvvəl Ermənistan hakimiyyəti 110 təsdiq edilmiş koronavirus hadisəsi barədə məlumat yaymışdı.
“Ermənistanda daha 5 koronavirus hadisəsi təsdiqləndi. Ümumi sayı 115-ə çatdı”, – Nikoqosyan “Facebook”da yazıb.
Qeyd edək ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanda 34, Gürcüstanda 40 koronavirusa yoluxma halı qeydə alınıb.