Bu gün Ukraynanın Donetsk şəhərində aktiv hərbi əməliyyatlar başlayıb.
Teleqraf.com 62.ua saytına istinadən xəbər verir ki, yerli sakinlər şəhərin hər yerində eşidilən güclü partlayış səslərindən narajatdır. Ən gərgin vəziyyət isə Donetskin aeroporta yaxın Kievsk və Kuybışev rayonlarında müşahidə olunur.
Şəhərə "Qrad" qurğularından atəş açıldığı bildirilir. Hərbi əməliyyatlar zamanı "Tomçaş" zavodunun yandığı bildirilir. Eyni zamanda separatçılar Kiyevsk rayon sovetinin binasını, yaşayış evləri və mebel fabrikini atəşə tutublar.
Nihad