Rusiyada Covid-19 virusundan ilk ölüm hadisəsi qeydə alınıb.
Teleqraf.com “Röyter” agentliyinə istinadən xəbər verir ki, Rusiyada koronavirusa yoluxan 79 yaşlı şəxs Moskvadakı xəstəxanaların birində vəfat edib.
Qeyd edək ki, bu günə qədər koronavirusla mübarizə çərçivəsində Rusiya fəal davranır. Bu ölkədə əhalinin sayına nisbətdə virusa tutulanların sayı olduqca azdır.