Çin koronavirusla mübarizədə Rusiyaya yardım göstərməyə hazır olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı deyib.
Onun sözlərinə görə, Çin Rusiya Federasiyasına dərman tədarükünü təşkil etməyə hazırdır.
Çin XİN rəhbəri ölkəsinin Rusiyanın təcili ehtiyac duyduğu yük daşınması məsələsində aktiv yardım edə biləcəyini söyləyib: “Pekin pandemiya ilə mübarizədə Rusiya ilə əməkdaşlığı artırmaqda maraqlıdır”.
Van İ Çinin yaşadığı çətin dövrlərdə göstərdiyi köməyə görə Moskvaya təşəkkür edib.